Şənbə , 2 İyul 2022
Home » Mədəniyyət » Norveçdə “Xarıbülbül və Qarabağ” milli geyim kolleksiyası nümayiş etdiriləcək

Norveçdə “Xarıbülbül və Qarabağ” milli geyim kolleksiyası nümayiş etdiriləcək

Mayın 29-da Norveçin paytaxtı Osloda Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış modelyer Gülnarə Xəlilovanın “Xarıbülbül və Qarabağ” milli geyim kolleksiyası nümayiş etdiriləcək.

Boyukmillet.com xəbər verir ki, tədbir Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) və Oslo Azərbaycan Evinin təşkilatçılığı ilə paytaxt şəhərin məşhur “Cosmopolite” səhnəsində nümayış olunacaq.

G.Xəlilova bildirib ki, kolleksiyanın təqdimatı Azərbaycanın Müstəqillik Gününə və “Şuşa ili”nə həsr olunub: “Bu il 50 illik yubileyimi qeyd edirəm və “Xarıbülbül və Qarabağ” kolleksiyamın Norveçdə təqdimatı əlamətdar hadisə olacaq. Bütün yaradıcılıq fəaliyyətim boyu həmişə milli dəyərləri təbliğ etməyə, Azərbaycan milli geyim ənənələrini qoruyub saxlamağa və inkişaf etdirməyə çalışmışam. Bizim gözəl mədəniyyətimiz, adət-ənənələrimiz bütün dünyada tanınmalıdır”.

Xatırladırıq ki, bundan əvvəl Gülnarə Xəlilovanın kolleksiyaları moda həftələrində və beynəlxalq tədbirlərdə Türkiyə, Rusiya, Çin, Avstriya, Rumıniya, Böyük Britaniya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, ABŞ, Bolqarıstan, İsveç və digər ölkələrdə uğurla təqdim olunub.

Check Also

Fransada “Şuşa ili” və Fikrət Əmirovun yubileyi münasibətilə konsert keçirilib

Fransanın paytaxtı Parisdə “Şuşa ili” və Azərbaycanın məşhur bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyi …