Çərşənbə , 5 Avqust 2020
Home » hadisə » Novxanıda iki avtomobil toqquşdu, xəsarət alan var
?????????????????????????????????????????????????????????

Novxanıda iki avtomobil toqquşdu, xəsarət alan var

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Boyukmillet.com xəbər verir ki, hadisə Novxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Rəhimov Allahverdi Rəhim oğlu xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və üz-çənə nahiyəsinin əzikləri diaqnozu qoyulub.

Vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Bakıda iki yeniyetmə qızı avtomobil vurdu

Bakıda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com-un məlumatına görə, hadisə paytaxtın mərkəzində, …