Cümə , 2 Dekabr 2022
Home » Diaspor » Nyu-Yorkda Ermənistanın təxribatlarına dair məlumatlandırma aksiyası təşkil edilib

Nyu-Yorkda Ermənistanın təxribatlarına dair məlumatlandırma aksiyası təşkil edilib

ABŞ-ın Nyu-York şəhərində Ermənistanın hərbi təxribatları və təcavüzkar siyasəti ilə bağlı məlumatlandırma aksiyası keçirilib.

Aksiya zamanı meqapolisin tarixi mərkəzi sayılan Manhetten rayonunda Azərbaycan həqiqətlərinin əks olunduğu LED ekranlı avtomobil hərəkət edib. Ekranda “Azərbaycan sülh istəyir, Ermənistan müharibə istəyir!”, “Ermənistan faktları təhrif edir, dünya ictimaiyyətini aldadır!”, “Ermənistan minaları = müharibə cinayətləri!”, “Ermənistan Azərbaycanın Ermənistandakı mədəni irsini məhv edib!”, “Ermənistanın minaları mülki vətəndaşları öldürür” şüarları və bu mövzuları əhatə edən təsvirlər nümayiş etdirilib.

Şəhər ictimaiyyətinin diqqətini Ermənistanın hərbi təxribatlarına cəlb etmək məqsədilə keçirilən məlumatlandırma aksiyası Amerika Azərbaycanlıları Koordinasiya Şurasının üzv təşkilatları olan Nyu Yorkun Azərbaycan-Amerika Qadınlar Assosiasiyası və Nyu-York–Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilib.

Check Also

Berlində “Azərbaycanda alman izləri” adlı tədbir keçirilib

Azərbaycanın Almaniyadakı səfirliyi Berlində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində “Azərbaycanda alman izləri” adlı tədbir keçirib. …