Cümə , 27 Noyabr 2020
Home » Gündəm » Ölkədə avtomatlaşdırılmış PCR laboratoriyalarının sayı açıqlandı

Ölkədə avtomatlaşdırılmış PCR laboratoriyalarının sayı açıqlandı

AMEA-da “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda beynəlxalq onlayn konfrans öz işinə başlayıb.

Boyukmillet.com xəbər verir ki, toplantıda çıxış edən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Azərbaycanda yeni növ koronavirusla mübarizə tədbirləri və qarşıda görülməsi nəzərdə tutulan işlərdən danışıb. O, ölkəmizdə COVID-19 ilə mübarizəyə cəlb olunmuş həkimlər və tibbi personallara onlayn rejimdə, eləcə də canlı ünsiyyət vasitəsilə təlimlərin keçirildiyini diqqətə çatdırıb.

Ramin Bayramlı ilk dəfə olaraq tam avtomatlaşdırılmış PCR laboratoriyalarının TƏBİB tərəfindən Azərbaycana gətirildiyini, hazırda 1 saylı Sumqayıt Şəhər Xəstəxanasında 2, Mingəçevirdə 1, Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 1, Mərkəzi Neftçilər Xəstəxanasında isə 2 ədəd yeni laboratoriyanın fəaliyyət göstərdiyini qeyd edib. Bildirib ki, tibbi tullantıların idarə olunması və biotəhlükəsizliyin təmin edilməsi COVID-19 ilə mübarizə çərçivəsində ən vacib məsələlərdəndir.

R.Bayramlı xəstəxanaların əksəriyyətində bu sahədə ciddi boşluqların olduğunu deyib, mövcud problemlərin həll edilməsində Qida Təhlükəsizliyi Agentliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin göstərdiyi dəstəyi xüsusi vurğulayıb.

TƏBİB-in Elmi Komitəsi haqqında məlumat verən məruzəçi buraya elmi-tədqiqat institutlarının aparıcı mütəxəssisləri, o cümlədən AMEA-nın bir neçə əməkdaşının cəlb edildiyini deyib:

“Komitə üzvləri mütəmadi olaraq toplantılar keçirmiş, TƏBİB-in hazırladığı bütün metodiki tövsiyələri müzakirə etmiş, müvafiq qərarlar qəbul edib”.

Check Also

Fransa senatının qəbul etdiyi qətnamə ləğv edilməlidir – İSBAM sədri

Fransa senatının qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınması ilə bağlı qəbul etdiyi qətnamə təcili ləğv edilməlidir. …