Cümə , 14 Noyabr 2025
Drone Cameras

Ombudsman nümayəndələri Silahlı Qüvvələrin hospitalında olublar

Boyukmillet.com xəbərinə görə Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və sektorun baş məsləhətçisi Adil Hacıyev, eləcə də Müdafiə Nazirliyinin nümayəndələri Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. 

Qonaqlar hospitalın müxtəlif şöbələrində yaradılan şəraitlə yaxından tanış olub, burada müalicə alan hərbi qulluqçuların sağlamlıq durumları, o cümlədən tibbi xidməti və təminatla maraqlanıblar.

Aparat əməkdaşları göstərilən tibbi xidmətin səviyyəsindən və müalicə işinin səmərəli təşkilindən razılıqlarını bildiriblər.

Check Also

İmamoğlunun casusluq işində İsa Qəmbərin adı hallandı – istintaq sənədlərində Azərbaycanla bağlı hissə ortaya çıxdı

İstanbul Böyükşəhər Bələdiyyəsinin həbsdə olan sabiq sədri Əkrəm İmamoğlu barəsində açılan casusluq işi yeni və …