Çərşənbə , 5 Avqust 2020
Home » Cəmiyyət » Öncə “Diqlas“, sonra park… – İcra başçısının sonunu gətirən SƏBƏBLƏR – HƏBS OLUNA BİLƏR

Öncə “Diqlas“, sonra park… – İcra başçısının sonunu gətirən SƏBƏBLƏR – HƏBS OLUNA BİLƏR

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun işdən çıxarılması onunla bağlı həddən artıq narazılıqların olması ilə əlaqələndirilir.

Boyukmillet.com xəbər verir ki, Bakı rayonlarının icra başçıları arasında Arif Qasımov qalmaqallı məmur kimi tanınır. Onun fəaliyyətinə qiymət vermək üçün barəsində mediada tirajlanan materiallara diqqət yetirmək kifayətdir. Arif Qasımovun işdən çıxarılacağı ilə bağlı məlumat hələ “Diqlas” Ticarət Mərkəzində baş verən yanğın zamanı yayılmışdı. Bildirilirdi ki, Ticarət Mərkəzində ziyana düşən sahibkarlara sahib çıxan ölkə başçısı İlham Əliyevin tapşırığı ilə hər bir ticarətçiyə dəyən zərər ödənildikdən sonra bu yanğında “əməyi” olan yüksək vəzifəli məmurlardan hesab sorulacaq. Yanğından sonra ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə keçirilən xüsusi müşavirədə isə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov açıq şəkildə Nizami rayon icra hakimiyyətinin başçısını məsuliyyətsizlikdə, nazirliyin tapşırıqlarına əməl etməməkdə ittiham edib.

“Fövqəladə Hallar Nazirliyi tərəfindən 2015-ci ildən etibarən “Diqlas” Ticarət Mərkəzi və Nizami rayon İcra Hakimiyyətinə müvafiq müraciətlər edilib. Ticarət mərkəzində yanğın təhlükəsizliyi və digər təhlükəsizlik tədbirləri görülməyib, bu məqsədlə tələb edilən hidrantlar qoyulmayıb. Malların anbarlarda düzgün yerləşdirilməməsi və binanın alkoponla üzlənməsi yanğının daha da şiddətlənməsinə səbəb olub”.

Nazirin də bu açıqlamasından açıqca ortaya çıxır ki, TM-in külə dönməsindəki ən böyük günah sahiblərinin başında Nizami rayon icra hakimiyyətinin rəhbəri Arif Qasımov dayanır. Məlum olub ki, 2015-ci ildə Nizami rayonuna icra başçısı təyin edilən A.Qasımov vəzifəyə gəldiyi gündən faciəyə qədər – 4 il müddətində FHN tərəfindən mütəmadi xəbərdarlıq almasına baxmayaraq, “Diqlas”dakı təhlükənin aradan qaldırılmasına çalışmayıb və göz görə-görə faciənin yaşanmasına səbəb olub. Onu da bildirək ki, “Diqlas”dakı yanğından sonra müvafiq qurumlar Nizami rayonundakı digər TM-lərdə təhlükəsizlik qaydalarına nə qədər əməl olduğunu yoxlayıblar. Məlum olub ki, Bakının ən böyük bazarlarının yerləşdiyi bu rayondakı TM-lərin demək olar, heç birində qaydalara əmək olunmayıb.

Bundan sonra Arif Qasımovun işdən çıxarılacağı barədə məlumatlar yayılmağa başlandı. Lakin sonradan bu məsələ səngidi. Bəzi ehtimallara görə, Arif Qasımovun işdən çıxaırlmasının təxirə salınması onun hamilərinin köməyilə olub. Lakin onlar sona qədər icra başçısını qoruya bilməyiblər. Bir neçə gün əvvəl isə Arif Qasımovun IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan həyətin içərisində obyekt inşa etdirməsi ilə bağlı məlumat yayılıb. Bu xəbər ictimai rezonans doğurub, eyni zamanda Arifq Qasımovun əməlləri ilə bağlı “yuxarılar”ın səbr kasasını daşmasına səbəb olub.

Nəhayət, o tutduğu vəzifədən azad edilib. Sosial şəbəkələrdə yayılan xəbərlərə görə isə Arif Qasımov işdən çıxarılmaqla yaxasını qurtara bilməyəcək. Mümkündür ki, o da bəzi keçmiş həmkarları kimi məsuliyyətə cəlb olunsun. 

Check Also

AQTA sədrinə yeni müavin təyin olunub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Zəkiyyə Mustafayeva qurumun sədr müavini vəzifəsinə təyin olunub. Bu barədə …