Çərşənbə , 5 Oktyabr 2022
Home » Hərbi » Onlayn yolla narkotik alan şəxs tutulub

Onlayn yolla narkotik alan şəxs tutulub

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, keçirilən əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər də narkotiklərin satışı və saxlanmasına görə, ümumilikdə iki dəfə məhkum olunmuş Elvin Həsənov şübhəli şəxs qismində saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman oradan külli miqdarda narkotik vasitə olan heroin aşkar edilib. E.Həsənov ifadəsində həmin narkotiki sosial şəbəkə vasitəsilə tanış olduğu əcnəbi narkotacirdən onlayn yolla aldığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Elvin Həsənov barəsində həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin digər hüquqazidd əməllərdə iştirakının olub-olmaması araşdırılır.

Check Also

Zakir Həsənov və Hulusi Akar birgə hərbi təlimləri müzakirə edib

Azərbaycanla Türkiyənin hərbi qulluqçularının peşəkarlıq səviyyələrinin daha da artırılması məqsədilə birgə hərbi təlimlərin keçirilməsinin əhəmiyyəti …