Şənbə , 16 Yanvar 2021
Home » hadisə » Ötən günün yol qəzaları: 2 ölü, 2 yaralı

Ötən günün yol qəzaları: 2 ölü, 2 yaralı

Ötən gün ərzində törədilmiş 22 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Open.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış altı cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 15 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında iki ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə iki nəfər ölüb, iki nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 14 nəfər saxlanılıb.

Check Also

Şəmkirdə avtomobillə vurulan piyada xəstəxanada ölüb

Şəmkir rayonunda ölümlə nəricələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən  verilən …