Bazar ertəsi , 3 Oktyabr 2022
Home » Mədəniyyət » Özbəkistan Prezidenti azərbaycanlı elm və mədəniyyət xadimlərini mükafatlandırıb

Özbəkistan Prezidenti azərbaycanlı elm və mədəniyyət xadimlərini mükafatlandırıb

Özbəkistanda azərbaycanlı elm və mədəniyyət xadimləri mükafatlandırılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının vokalisti Gülyanaq Məmmədovaya “Özbəkistan Respublikasının Xalq artisti” adı verilib.

Bundan başqa, Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskərov, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin müdiri Almas Binnətova “Dostluq” ordeni ilə təltif ediliblər.

Check Also

Qazilərdən ibarət “Mübarizlər” teatrı Anım günü ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirib

Qazilərdən ibarət “Mübarizlər” teatrı Anım günü ilə bağlı “Qarabağ Azərbaycandır!” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirib. …