Bazar , 1 Dekabr 2024
Drone Cameras

Özbəkistanda hakim partiya müxalifətsiz seçkilərdə rahat qələbə qazanıb

Oktyabrın 27-də Özbəkistan prezidenti Şavkat Mirziyoyevə loyal hakim partiya parlament seçkilərində asanlıqla qalib gəlib, – AzadlıqRadiosunun Özbəkistan bürosu Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı ilkin sonuclara dayanaraq belə bildirib.

MSK Mirziyoyevin Liberal Demokratik Partiyasının parlamentin aşağı palatasındakı 150 yerdən 64 yeri tutacağını açıqlayıb. Ölkədə keçirilən islahatlar və Mirziyoyevin seçkilərdə “güclü rəqabət” olacağı proqnozuna baxmayaraq, nəticələr bu cür olub.

Seçkilərə qatılmaq istəyən müxalifət partiyaları qeydiyyata alınmayıb. Əvəzində, ekspertlərin fikrincə, prezidentə yaxın dörd “cib” siyasi qüvvə hakim partiyaya “müxalif” olub və, beləcə, parlamentdə təmsil olunmaq üçün bütün beş partiya tələb edilən həddi keçə bilib.

MSK-nın açıqladığına görə, seçici fəallığı 75 faiz olub və seçkilər baş tutmuş sayılıb.

Seçkini izləyənlər, insan haqları qrupları və siravi vətəndaşlar həmin rəqəmə inanmırlar.

AzadlıqRadiosunun özbək xidməti ölkə vətəndaşlarına istinad edərək seçki fəallığının çox aşağı olduğunu bildirib. “ABŞ-dəki seçkilər bizdən ötrü ölkəmizdəkindən daha önəmlidir”, – sosial şəbəkə istifadəçilərdən birinin sözləridir.

ATƏT müşahidəçi qrupunun ilkin rəyində deyilir ki, səsvermə, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsi zamanı müşahidəçilər problemlərlə üzləşiblər. Bildirilir ki, şəffaflığın və rəsmilərin seçki fəallığı və nəticələrə aid bilgilərə güvəni artırmaq üçün daha çox iş görülməlidir.

İslahatların bəlli irəliləyişlərə yol açdığını bildirən ATƏT-in qısamüddətli müşahidəçilər missiyası eyni zamanda etiraf edib ki “toplaşma, ifadə və digər azadlıqların gerçəkləşdirilməsi sahəsində önəmli çağırışlar qalmaqdadir”.

Ölkə konstitusiyası və seçki məcəlləsinə dəyişikliklərdən sonra ilk dəfə səsvermə qarışıq seçki sistemi modeli üzrə keçirilib – 75 deputat majoritar, digər 75 nəfərsə partiya siyahıları üzrə parlamentə seçilib

Check Also

Gürcüstanın Müdafiə Nazirliyi ilə XİN əməkdaşları hökumətə qarşı çıxır, Azərbaycan təbrik edir

Baş naziri təbrik mesajı göndərib Gürcüstan Müdafiə Nazirliyinin onlarla əməkdaşı Avropa İttifaqı və NATO-ya daxil …