Cümə axşamı , 24 Aprel 2025
Drone Cameras

PA-da növbəti dəyişikliklər: 5 rayon üzrə kuratorlar vəzifədən çıxarıldı + ADLAR

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5 əməkdaşı işdən çıxarılıb. 

Boyukmillet.com Unikal.org-a istinadla xəbər verir ki, şöbənin əməkdaşları – Əli Qazıyev, Orxan Məmmədov, Nəsir Muxtarlı, Əbülfət Rufiyev və  Kamran adlı şəxs tutduqları vəzifədən azad ediliblər. 

Xatırladaq ki, sözügedən şöbənin müdiri Zeynal Nağdəliyevdir.

Qeyd edək ki, PA-da Əbülfət Rufiyev İmişli rayonu üzrə “kurator”, Nəsir Muxtarlı isə Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sektor müdiri vəzifəsində çalışıb.

Check Also

TƏCİLİ: Əvəz Zeynallının məhkəməsi keçiriləcək – Onun haqqında hansı qərar veriləcək?

“Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallının həyat yoldaşı, jurnalist Məlahət Qisuri Zeynallı öz facebook səhifəsində …