Cümə , 2 Dekabr 2022
Home » Daxili siyasət » PA rəsmisi: “Bu gün ayrı-ayrı regionlarda xəritələr yenidən cızılır”

PA rəsmisi: “Bu gün ayrı-ayrı regionlarda xəritələr yenidən cızılır”

“Beyin mərkəzləri dövlətin gələcək idarə edilməsi strategiyasının tərkib hissəsidir”.

Boyukmillet.com xəbər verir ki, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova Beyin Mərkəzlərinin I Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, beyin mərkəzləri proqnozlar verir, gələcəyin mümkün ssenarisini hazırlayır: “Bu gün ayrı-ayrı regionlarda xəritələr yenidən cızılır. Bu beyin mərkəzləri üçün yeni çağırışdır. Analitik mərkəzlər qeyri-müəyyən gələcəyə hazır olmalıdır”.

S.Yusifovanın sözlərinə görə, siyasi qütbləşmə dünyadakı analitik mərkəzləri narahat edən məsələlərdəndir: “Hazırda beyin mərkəzlərinin qarşısında duran daha bir çağırış informasiyanın hazırkı sürətinə uyğunlaşmaqdır. İnformasiya texnologiyalarının inkişafı məlumat bolluğu yaradır və məlumatın toplanmasına asanlaşdırır. Lakin, eyni zamanda, dezinformasiyalar artır”.

Check Also

Azərbaycanın 23 vətəndaşı Almaniyadan ölkəyə geri qəbul edilib

Noyabrın 30-da Azərbaycanın 23 vətəndaşı Almaniyadan ölkəyə geri qəbul edilib. Bu barədə  Dövlət Miqrasiya Xidmətinin …