Çərşənbə , 5 Oktyabr 2022
Home » Digər ölkələr » Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 186 nəfərə çatıb

Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 186 nəfərə çatıb

Pakistanın Bəlucistan əyalətində mövsümi daşqınlar nəticəsində 186 nəfər ölüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Dunya News” məlumat yayıb.

Məlumata görə, son bir neçə həftə ərzində Bəlucistanda yağan yağışlar və daşqınlar nəticəsində 85 kişi, 45 qadın və 56 uşaq həlak olub. Məlumata görə, daşqınlar səbəbindən təkcə son sutka ərzində daha 10 nəfər ölüb.

Təbii fəlakət zamanı habelə daha 75 nəfər xəsarət alıb.

Qeyd edilir ki, 23 min başdan çox mal-qara və ev quşları tələf olub, 18 min 87 yaşayış binası dağılıb və ya zədələnib, 16 körpü zədələnib.

Check Also

Ekvadorda həbsxanada toqquşma zamanı 15 nəfər öldürülüb

Ekvadorun Kotopahi əyalətində həbsxanada baş verən qarşıdurmada azı 15 nəfər öldürülüb, 20 nəfər yaralanıb. Boyukmillet.com …