Cümə , 7 Noyabr 2025
Drone Cameras

Pakistandan RƏSMİ: “Əfqanıstan od və qan oyununa girişib”

Pakistan hökuməti Əfqanıstanla sərhəddə son günlər baş verən toqquşmalar fonunda sərt bəyanatla çıxış edib.

Boyukmillet.com xəbər verir ki, Pakistanın Daxili İşlər Nazirliyi bildirib ki, “Əfqanıstan od və qan oyununa girişib, bu oyunun telləri bizim əbədi düşmənimizlə bir-birinə qarışıb.”

Bəyanatda vurğulanır ki, Pakistan xalqı silahlı qüvvələrinin yanında “dəmir divar kimi” dayanıb və ölkənin təhlükəsizliyinə yönələn hər cür təhdidə qarşı vahid mövqe sərgiləyəcək.

Hadisə iki ölkə arasında artan hərbi gərginlik və qarşılıqlı ittihamlar fonunda baş verir.

Check Also

Pakistanda Baş nazir ofisi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

8 noyabr – Zəfər Günü münasibətilə Pakistanda Baş nazir ofisi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. …