Cümə axşamı , 18 İyul 2024
Drone Cameras

Pakistanlı nazir Azərbaycana səfərə gəlib

Pakistanın xaricdə yaşayan pakistanlılarla iş və insan resurslarının inkişafı naziri Sacid Hüsseyn Turinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Boyukmillet.com xəbər verir ki, nümayəndə heyəti Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Qonaqlar Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə çiçəklər düzüb, xatirələrini ehtiramla anıblar.

Check Also

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən Almaniya Federativ Respublikasının Kansleri …