Çərşənbə axşamı , 21 Mart 2023

“PAŞA Kapital İnvestisiya Şirkəti”nın Müşahidə Şurasına yeni sədr təyin edilib

Bəhruz Nağıyev “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin Müşahidə Şurasına yeni sədr təyin edilib.

Boyukmillet.com xəbər verir ki, o, bu vəzifədə Cavid Quliyevi əvəzləyib.

B.Nağıyev bundan əvvəl investisiya şirkətinin Müşahidə Şurasının üzvü olub.

Bununla yanaşı, Vüqar Axundov Şüraya yeni üzv seçilib.

Xatırladaq ki, “PAŞA Kapital” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. İnvestisiya şirkətinin səhmləri 100 % daxil olduğu “PAŞA Holdinq” MMC-yə məxsusdur.

Check Also

Qızıl cüzi bahalaşıb

Qızılın qiyməti bir qədər yüksələrək bir unsiyası 1 980 ABŞ dollarını ötüb. Boyukmillet.com xəbər verir ki, Nyu-Yorkun …