Çərşənbə axşamı , 16 Avqust 2022
Home » Gündəm » Paşinyan: “Azərbaycan Naxçıvanla kommunikasiya əlaqəsini əldə etməlidir, biz isə…”

Paşinyan: “Azərbaycan Naxçıvanla kommunikasiya əlaqəsini əldə etməlidir, biz isə…”

Ermənistanın baş naziri Nikol Paşinyan bölgədəki düşmən əhval-ruhiyyəsinə son qoyulmasının zəruriliyini bildirib və bununla bağlı Azərbaycanla əlaqələrin bərpa olunmasının zəruriliyini vurğulayıb.

Boyukmillet.com  xəbər verir ki, bu barədə hökumət başçısı Ermənistanın Araqatsot vilayətinə səfəri zamanı danışıb.

Onun sözlərinə görə, tərəflər arasındakı neqativ münasibət problemi tez həll olunmayacaq:

“Ancaq biz çalışmağa davam etməliyik və problemin həlli üçün metodlardan biri indi müzakirə etdiyimizdir: regional kommunikasiya və yolların açılmasıdır. Əgər kimsə desə ki, bu, yalnız Azərbaycana və ya yalnız Ermənistana xeyir edir, inanmayın. Azərbaycan Naxçıvanla kommunikasiya əlaqəsini əldə etməlidir, biz isə Rusiya və İranla dəmir yolunu. Bu o deməkdir ki, ölkəmizin iqtisadiyyatı əhəmiyyətli dərəcədə dəyişəcək

Check Also

Səlim Müslümovun üzərinə həbs qoyulmuş əmlaklarının siyahısı məlum olub – EKSKLÜZİV

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun üzərinə həbs qoyulmuş əmlaklarının tam siyahısı …