Bazar , 1 Oktyabr 2023

Paşinyan Azərbaycanla sülh danışıqlarından imtina etdi

Hazırda Dağlıq Qarabağ münaqişəsinin diplomatik həlli yoxdur.

Boyukmillet.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan feysbuk səhifəsindəki canlı yayımda bildirib.

“Biz aydın şəkildə başa düşməliyik ki, Qarabağ məsələsinin, ən azı bu mərhələdə, bu mərhələdən başlayaraq, diplomatik həll yolu yoxdur”, – Paşinyan deyib.

Onun sözlərinə görə, erməni xalqı yalnız əlinə silah almaqla münaqişənin məqbul həllinə nail ola biləcək.

Check Also

TDT 27 sentyabr – Anım Günü ilə bağlı paylaşım edib

Türk Dövlətləri Təşkilatı (TDT) 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər …