Şənbə , 13 Avqust 2022
Home » Cəmiyyət » Paytaxt sakinlərinin nəzərinə: Bəzi avtobusların hərəkət istiqaməti dəyişdirilir

Paytaxt sakinlərinin nəzərinə: Bəzi avtobusların hərəkət istiqaməti dəyişdirilir

Paytaxtın əsas küçələrindən birində sabahdan hərəkət məhdudlaşdırılır.

Bu barədə  Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. 

Bildirilib ki, martın 15-dən paytaxtın Xudu Məmmədov küçəsində aparılan təmir-tikinti işləri çərçivəsində (yolda asfalt-beton örtüyünün yenilənməsi) avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu səbəbdən M1, M2, M6, 11, 51, 57 və 104 nömrəli müntəzəm marşrutların hərəkət istiqaməti məhdudiyyətlərə uyğun olaraq digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçələrdən təşkil ediləcəkdir.

Check Also

Zaqatalada “Şanlı tarix yazanlar” kitabının təqdimatı olub

Avqustun 11-də Zaqatala rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü Əlmaniz Ələkbərlinin …