Şənbə , 2 Dekabr 2023

Penitensiar xidmətinin Mühafizə Alayında müşavirə keçirilib

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayında Xidmətin rəis müavini ədliyyə general-mayoru Oqtay Məmmədov alayın komandir heyətinin iştirakı ilə müşavirə keçirib.

Boyukmillet.com xəbər verir ki, müşavirədə Mühafizə alayında nizam-intizamın və döyüş hazırlığının gücləndirilməsi, maddi texniki, qida, tibbi təminatın, əsgər yataqxanaları və məişət şəraitinin yaxşılaşdırılması, eləcə də mövcud çatışmazlıqların aradan qaldırılması məsələləri ətrafında müzakirələr aparılıb.

Alayın şəxsi heyətinin və həqiqi hərbi xidmət keçən əsgərlərin hazırlığının və onların təminatının nizamnamənin tələblərinə tam uyğun qaydada qurularaq riayət olunması vacibliyi vurğulanıb.

Check Also

Baş Qərargah rəisi yüksək dağlıq ərazidə yerləşən hərbi hissələrin döyüş hazırlığını yoxlayıb, tapşırıqlar verib

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin …