Çərşənbə , 8 Dekabr 2021
Home » Cəmiyyət » Peşə məktəblərinin tələbələrinə təqaüdlərin təyini və ödənilməsi qaydası dəyişib

Peşə məktəblərinin tələbələrinə təqaüdlərin təyini və ödənilməsi qaydası dəyişib

Nazirlər Kabineti “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edib.

Boyukmillet.com xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, peşə təhsili müəssisələrinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi qaydası dəyişib.

Beləliklə, dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, peşə təhsili müəssisələrinin əyani təhsilalma forması üzrə təhsil alan tələbələrinə təqaüd onların aralıq qiymətləndirmə (yarımil) nəticələrinə görə verilir.

Hər tədris ili üçün peşə təhsili müəssisələrində ixtisaslar üzrə təqaüdlərin sayı həmin ixtisaslar üzrə dövlət sifarişi və dövlət hesabına təhsilalanların sayına bərabər qəbul edilir.

Hər bir ixtisas üzrə təqaüdlərin sayı nəzərə alınmaqla, aralıq qiymətləndirmənin yekun nəticələrinə əsasən ən yüksəkdən başlayan sıralamaya uyğun növbəti yarımildə təqaüd alacaq tələbələrin siyahısı müəyyən edilir.

Təqaüd almaq hüququnu qazanmış tələbələrə təqaüdlər yarımil üzrə (birinci tədris ilinin birinci yarımili istisna olmaqla) aralıq qiymətləndirmənin yekun nəticələrinə əsasən modullar (fənlər) üzrə göstəricilərinə görə aşağıdakı kimi müəyyənləşdirilir:

– ilk və texniki peşə təhsili səviyyələri üzrə:

– modullar (fənlər) üzrə göstəriciləri 5 ballıq qiymət şkalasına (2, 3, 4, 5) əsasən “5” olan tələbələrə “əlaçı” təqaüdü;

– modullar (fənlər) üzrə göstəriciləri 5 ballıq qiymət şkalasına (2, 3, 4, 5) əsasən “4” və “5” olan tələbələrə “həvəsləndirici” təqaüdü (bu halda ən azı bir moduldan (fəndən) akademik göstəricisi “5” olmalıdır);

– modullar (fənlər) üzrə göstəriciləri 5 ballıq qiymət şkalasına (2, 3, 4, 5) əsasən “3” – “5” olan tələbələrə “adi” təqaüd verilir;

– yüksək texniki peşə təhsili səviyyəsi üzrə:

– modullar (fənlər) üzrə göstəriciləri çoxballı sistemə (0-100 bal) əsasən 91-100 bal olan tələbələrə “əlaçı” təqaüdü;

– modullar (fənlər) üzrə göstəriciləri çoxballı sistemə (0-100 bal) əsasən 71-100 bal olan tələbələrə “həvəsləndirici” təqaüdü (bu halda ən azı bir moduldan (fəndən) akademik göstəricisi 91 baldan yuxarı olmalıdır);

– modullar (fənlər) üzrə göstəriciləri çoxballı sistemə (0-100 bal) əsasən 51-100 bal olan tələbələrə “adi” təqaüd verilir.

Hər bir tədris ili üçün ixtisas üzrə təqaüd almaq hüququ olan tələbələrin siyahısında sıralamada sonuncu yerə bir neçə iddiaçı olduğu halda, birinci tədris ilinin ikinci yarımilində ümumi orta və tam orta təhsil səviyyələri üzrə məzunların buraxılış imtahanında əldə etdiyi nəticə və ya orta ixtisas təhsili müəssisələrinə ümumi orta və tam orta təhsil bazasında qəbul imtahanından topladığı bal, sonrakı yarımillərdə isə əvvəlki yarımildəki aralıq qiymətləndirmənin nəticəsi yüksək olan tələbəyə üstünlük verilir.

Təqaüd almaq hüququ olan tələbələrin siyahısı müəyyən- ləşdirilərkən, təqaüdlərin müəyyən edilmiş sayı müvəffəq qiymət alanların sayından çox olduğu halda, qalan təqaüd yerləri pedaqoji şuranın qərarı ilə digər ixtisaslar üzrə təhsil alan və həmin yarımildə aralıq qiymətləndirmə üzrə yekun nəticəsi yüksək olan tələbələrə növbəti yarımilədək verilir.

Aralıq qiymətləndirmənin yekun nəticələrinə görə çoxballı sistem üzrə 50 baldan və ya 5 ballıq qiymət şkalası üzrə “3”-dən aşağı qiymət almış peşə təhsili müəssisələrinin tələbələrinə təqaüdün verilməsi dayandırılır. Akademik borclar ləğv edilən gündən təqaüdün verilməsi bərpa olunur.

Xəstəliyə və digər üzrlü səbəblərə görə aralıq qiymət- ləndirmədə iştirak etməyən tələbələrə akademik borcların ləğvi üçün ayrılan müddətin sonunadək təqaüdün verilməsi davam etdirilir. Akademik borca görə təkrar kursda saxlanılan və təhsillərini müvəqqəti olaraq dayandıran tələbələrə təkrar təhsil ili dövründə təqaüd ödənilmir.

Peşə təhsili pilləsinin ilk və texniki peşə təhsili səviyyələrinə dövlət vəsaiti hesabına qəbul olunan tələbələrə müvafiq fənlər üzrə attestat qiymətlərinin orta göstəricisi “4,5” və daha çox olduqda, birinci tədris ilinin birinci yarımilində “əlaçı”, digər halda isə “adi” təqaüd verilir.

Tam orta təhsil bazasından qəbul olunan və ilk peşə təhsili səviyyəsi üzrə təhsil alan tələbələrə müvafiq fənlər üzrə attestat qiymətlərinin orta göstəricisi “4,5” və daha çox olduqda, birinci tədris ilinin birinci yarımilində “əlaçı”, digər halda isə “adi” təqaüd verilir.

Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə:

– ümumi orta və tam orta təhsil səviyyələri üzrə məzunların buraxılış imtahanında əldə etdikləri nəticələrə əsasən peşə təhsili müəssisələrinə qəbul olunan tələbələrə həmin imtahanlarda topladıqları qiymətlərin orta göstəricisi “4,5” və daha çox olduqda, birinci tədris ilinin birinci yarımilində “əlaçı”, digər halda isə “adi” təqaüd verilir;

– Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən orta ixtisas təhsili müəssisələrinə ümumi orta və tam orta təhsil bazasında qəbul imtahanında əldə etdikləri nəticələrə əsasən peşə təhsili müəssisələrinə qəbul olunan və imtahan verilən fənlər üzrə müəyyən edilmiş maksimal balın 85 faizini və daha çoxunu toplayan tələbələrə birinci tədris ilinin birinci yarımilində “əlaçı”, digərlərinə isə “adi” təqaüd verilir.

– Təkrar olaraq eyni peşə təhsili səviyyəsində təhsil alan tələbələrə dövlət hesabına təqaüd verilmir.

Bizim Facebook səhifəmizə abunə olun

Check Also

İbrahim Borçalının yoldaşı: “Oğlumu üç gün dəfn etməyə qoymadım” – VİDEO

Müğənni İbrahim Borçalının həyat yoldaşı Zöhrə Həsənova avtomobil qəzasında həyatını itirən oğulları Rəhim Həsənov haqda danışıb. …