Bazar ertəsi , 3 Oktyabr 2022
Home » Cəmiyyət » Peşəkar kadrla dağı dağ üstə qoymaq olar

Peşəkar kadrla dağı dağ üstə qoymaq olar

Azərbaycanda regionların inkişafına xüsusi önəm verilir. Bunun üçün ardıcıl dövlət proqramları çərçivəsində görülən işlər göz oxşayır. Regionların görkəmi gündən- günə gözəlləşir. Ölkə başçısının icra strukturlarına “Sizi xalqa xidmət etmək üçün təyin edirəm” deməsi artıq hamıya işin məsuliyyətini dərk etdirmişdir.

Bu günlərdə Göygöl rayonu Mollacəlilli kənd Ağsaqqallar Şurasının üzvləri ilə görüşdə də, rayona təyinat almış RİHB Elvin Paşayevin kəndə gəlişindən, onların problemləri ilə yaxından tanış olmalarından ağız dolusu danışan Elqəm Nəsibov, Ramiz Məmmədov gənc kadrların işindən razı qaldıqlarını bildirdilər. Kənd ağsaqqallarını dinlədikcə həqiqətən bunun şahidi olduq..

Onlar kəndə təzə təyinat almış Ələddin Məmmədovdan da çox razılıq etdilər.
Qısa tanışlıq:
Məmmədov Ələddin Saləddin oğlu
1984- cü ildə Gəncədə doğulub.
2001-2005 Azərbaycan Kooperasiya Unversiteti İnzibati İdarəeymə fakultəsini,
2013-2018 Naxçıvan Dövlət Unversitetinin hüquq fakultəsini bitirib.
2005-2006 DSX sərhəd qoşunlarında hərbi xidmətdə olub.
2009-2012 Gəncə 9 saylı orta məktəbdə təsərüfat işləri üzrə direktor müavini, 2012-2013 Şərq şirkətində direktor müavini, 2013-2018 Azəristilik Təchizat ASC – nin Gəncə Göygöl idarəsində baş mühəndis,
rəis vəzifələrində çalışıb.
2019-2020 Aymar GROUP MMC – nin təsisçisi və direktoru, 2021-2022-ci illərdə Yasamal bələdiyyəsində baş mütəxəssis, hal-hazırda Göygöl rayon İcra Hakimiyyəti başçısının Mollacəlilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsini icra edir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.

Kənd ağsaqqalları Ələddin Məmmədovun kənd camaatı ilə qaynayıb qarışdığını, hər bir işdə onlarla məsləhətləşdiyini çox bəyənirlər.
Elqəm kişi deyir ki, icra nümayəndəsi gələndən kənddə bir canlanma var. Şəhidlərin xatirəsinə park tikdirib, Zəfər parkı salmağı planlaşdırır, su problemini həll ermək üçün əlaqədar şirkətləri kəndə dəvət edir, Kəndli görəndə ki, onun qeydinə qalan var, onda hörmət göstərir, dəstək olur.
Ordan ayrılanda beynimizdən belə fikir keçirdik ki, kaş bütün bölgələrimizə belə gənc, peşəkar kadrlar yerləşdirilərsə,
ən gözəl yüksəliş əldə edəcəklər.
Bu gənclərlə dağı dağ üstə qoymaq olar.

Yasəmən Möhübbətqızı

Baş redaktor,AJB-nin üzvü

Beynəlxalq Sülh səfiri

İSBAM sədrinin müşaviri

Check Also

Hacıqabulun ən böyük qəsəbəsində içməli su tapılmır- Videoreportaj

Hacıqabul rayonunun ən böyük qəsəbələrindən olan Muğan sosial problemlərin məngənəsində boğulur. Qəsəbə ucqar bir ərazidə …