Çərşənbə axşamı , 9 Avqust 2022
Home » Region » PKK terrorçularının öldürdüyü Türkiyə vətəndaşlarından 10-nun şəxsiyyəti məlum olub

PKK terrorçularının öldürdüyü Türkiyə vətəndaşlarından 10-nun şəxsiyyəti məlum olub

PKK terrorçularının İraqın Qara bölgəsində qətlə yetirdikləri Türkiyənin 13 vətəndaşından bəzilərinin şəxsiyyətləri məlum olub.

Bu barədə Boyukmillet.com  “Anadolu” agentliyinə istinadən xəbər verir.

Malatya valisi Aydın Baruş Qarada şəhid olan 13 nəfərdən 10-un şəxsiyyətlərinin müəyyənləşdirildiyini bildirib. O, qeyd edib ki, digər üç nəfərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri İraqın şimalındakı Qara bölgəsində PKK terrorçularının sığındığı mağarada 13 mülki şəxsin meyitini aşkarlayıb.

Check Also

Putin və Paşinyan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı Qarabağ ətrafındakı vəziyyəti …