Şənbə , 25 Sentyabr 2021
Home » Siyasət » Polad Bülbüloğlu: “Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur”

Polad Bülbüloğlu: “Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur”

“Qarabağın dağlıq hissəsi ayrıca ərazi vahidi kimi mövcud deyil”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bu ölkənin “RİA Novosti” İnformasiya Agentliyinə müsahibəsində bildirib.

“Bu il iyul ayının 7-də imzalanmış prezident fərmanı ilə Azərbaycan Respublikasının iqtisadi rayonlarının yeni siyahısı təsdiq edilib. Bunlar arasında Qarabağ iqtisadi rayonu Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa, Tərtər rayonlarından, Şərqi Zəngəzur iqtisadi rayonu isə Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarından ibarətdir. Beləliklə, Qarabağın dağlıq hissəsi ayrıca ərazi vahidi kimi müzakirə mövzusu ola bilməz” – deyən səfir xatırladıb ki, ölkədə “Dağlıq Qarabağ” adlı ərazi vahidinin olmadığı Azərbaycan tərəfdən ən yüksək səviyyədə dəfələrlə dilə gətirilib.

Check Also

Naxçıvanda müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün vəsait ayrıldı – SƏRƏNCAM

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının ərazisində yaşayan Vətən müharibəsi ilə əlaqədar şəhid ailəsi statusu …