Çərşənbə axşamı , 9 Avqust 2022
Home » Region » Polis Ermənistanın Rusiyadakı səfirliyini mühasirəyə alıb

Polis Ermənistanın Rusiyadakı səfirliyini mühasirəyə alıb

Rusiya hüquq-mühafizə orqanları Ermənistanın Moskvadakı səfirliyini təhlükəsizlik tədbirləri ilə bağlı mühasirəyə alıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı Ermənistan KİV-i yayıb.

Qeyd edək ki, yanvarın 11-də Rusiya Erməniləri İttifaqı səfirlik qabağında Ermənistanın baş naziri Nikol Paşinyanın danışıqlara getməsinə qarşı imzatoplama kampaniyası təşkil edib. Hazırda səfirlik qarşısında çoxsaylı erməni etirazçılar var. Bununla belə, N.Paşinyan artıq Moskvadadır. O, üçtərəfli danışıqlar üçün Kremlə yola düşüb.

Xatırladaq ki, bu gün Moskvada Rusiya prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar olacaq. Tərəflər üç ölkə liderinin 10 noyabr 2020-ci ildə imzaladığı Dağlıq Qarabağ üzrə Bəyanatın reallaşdırmasının gedişatını nəzərdən keçirməyi və regionun problemlərinin həlli üzrə sonrakı addımları müzakirə etməyi planlaşdırırlar.

Check Also

Putin və Paşinyan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı Qarabağ ətrafındakı vəziyyəti …