Cümə , 19 İyul 2024
Drone Cameras

Polşa Seymi müdafiə nazirinə etimadsızlıq səsverməsinə baxacaq

Polşa Seymi müdafiə naziri Mariuş Blaşaka etimadsızlıq səsverməsinə baxmaq niyyətindədir.

Boyukmillet.com xəbər verir ki, məsələni müxalifətdə olan “Vətəndaş koalisiyası” və “Solçular” partiyaları gündəmə gətirib.

Onlar təkliflərini belə əsaslandırırlar ki, “Mariuş Blaşakın atdığı son addımlar onun Polşa sərhədindən birbaşa kənarda davam edən müharibə şəraitində milli müdafiə naziri postunu tutmaq üçün kifayət qədər məsuliyyətli şəxs olmadığını açıq şəkildə göstərir”.

Çətin vaxtlarda nazir öz səhvlərini etiraf edə bilməyən qorxaq ola bilməz”, – “Vətəndaş Koalisiyası” parlament fraksiyasının rəhbəri Boris Budka deyib:

Eyni zamanda, Polşada hakim “Qanun və ədalət” Partiyası əmindir ki, müxalifət Blaşaka etimadsızlıq səsverməsi keçirmək üçün kifayət qədər səsə sahib olmayacaq. Hökumət sözçüsü Petr Müller jurnalistlərə deyib ki, “Qanun və ədalət” hələ də parlament çoxluğuna malikdir.

Bundan əvvəl Polşa Müdafiə Nazirliyinin rəhbəri Mariuş Blaşak bildirib ki, Britaniyanın respublika ərazisində quraşdırılmış “Sky Saber” hava hücumundan müdafiə sistemi Ukraynaya silah tədarükünü əhatə edir. Böyük Britaniya həmçinin “Sky Saber” hava hücumundan müdafiə sistemini 2022-ci ildə Polşaya yerləşdirib.

Check Also

Rusiyanın cənubunda ağır yol qəzası olub, 5 nəfər ölüb

Rusiyanın Kalmıkiya Respublikasında avtomobillə “Kamaz”ın toqquşması və alov alması nəticəsində biri uşaq olmaqla beş nəfər …