Çərşənbə axşamı , 29 Sentyabr 2020
Home » İqtisadiyyat » Premium markalı yanacağın qiyməti qalxdı – SƏBƏB

Premium markalı yanacağın qiyməti qalxdı – SƏBƏB

Bu gün premium markalı yanacağın qiyməti 1 manat 20 qəpikdən 1 manat 25 qəpiyə qaldırılıb.

“SOCAR Petroleum” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Üzeyir Həbibbəyli Open.az-a bildirib ki, premium markalı yanacaq idxal olunan bir yanacaqdır:

“Xarici ölkələrdən, məsələn Rumıniya, Rusiya kimi dövlətlərdən idxal olunur. Bu gün səhər saat 8:00-dan etibarən bu növ yanacağın qiyməti 1 manat 20 qəpikdən 1 manat 25 qəpiyə qaldırılıb (1 litr üçün). Səbəb alış qiymətinin baha olmasıdır. Aldığımız ölkədə alış qiyməti qalxdığına görə, qiymətlərdə dəyişiklik etmək məcburiyyətində qaldıq”.

Qurum rəsmisi əlavə edib ki, qiymətin 1.50 manata qalxacağı ilə bağlı heç bir plan yoxdur.

Check Also

Bu il Gürcüstan Azərbaycandan 500 tona yaxın çay alıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 3 milyon ABŞ dolları dəyərində 489,5 ton çay idxal edib. …