Şənbə , 28 May 2022
Home » Xarici siyasət » Prezident: “Əminəm ki, yaxın gələcəkdə İran şirkətləri azad edilmiş torpaqlarda fəal işə başlayacaqlar”

Prezident: “Əminəm ki, yaxın gələcəkdə İran şirkətləri azad edilmiş torpaqlarda fəal işə başlayacaqlar”

“Əminəm ki, yaxın gələcəkdə İran şirkətləri azad edilmiş torpaqlarda fəal işə başlayacaqlar”.

Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən deyib.

“İqtisadiyyat Nazirliyinə müvafiq göstərişlər verildi. İran tərəfi ilə ilkin danışıqlar aparıldı və indi konkret nəticələr gözləyirik. Siz dünən öz gözlərinizlə azad edilmiş torpaqlarda olan dağıntıları görmüsünüz. İşğal dövründə Ermənistan bütün bizim şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan edib. Ona görə bu böyük ərazidə – 10 min kvadrat kilometrdən böyük olan ərazidə indi quruculuq işlərinə start verildi. Amma gördüyünüz kimi bu çox genişmiqyaslı bir işdir. Yüzlərlə şəhər və kənd demək olar ki, yer üzündən silinib. Bərpa işlərinə start verildi və ümid edirəm ki, İran şirkətləri bu işlərdə fəal iştirak edəcək”, – dövlət başçısı vurğulayıb.

Check Also

Ərdoğan: “Kimsənin torpağına göz dikməmişik, amma kimsəyə verəcək torpağımız da yoxdur”

“Biz haqsızlıq qarşısında susanlar olmadıq, olmayacağıq. Biz kimsənin torpağına, suverenliyində göz dikməmişik, amma kimsəyə verəcək …