Çərşənbə axşamı , 27 Oktyabr 2020
Home » Gündəm » Prezident Adminstrasiyasına dəvət olunan Ərtoğrula vəzifə verildi

Prezident Adminstrasiyasına dəvət olunan Ərtoğrula vəzifə verildi

Daim yumoristik video dublyajlarla izləyicilər qarşısına çıxan Ərtoğrul Kamalov Azərbaycan Dövlət Akademik Musiqili Teatrında quruluşçu rejissor vəzifəsinə təyin olunub.

Bunu medyaya Ərtoğrulun özü də təsdiq edib:

“Bilirsiniz ki, son dönəmlərdə ölkəmizdə yenidənqurma işləri, kadr dəyişiklikləri, gəncləşdirmə siyasəti istiqamətində uğurlu addımlar atılır. Cənab Prezidentin yürütdüyü bu siyəsət çox təqdirəlayiqdir. Gənclərə şərait yaradılmasından gözəl nəsə ola bilməz. Mən də Mədəniyyət Naziri vəzifəsini icra edən Cənab Anar Kərimovun və Akademik Musiqili Teatrın rəhbəri, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevin göstərişi ilə quruluşçu rejissor vəzifəsinə təyinat aldım. Akademik Musiqili Teatrında işləmək böyük bir fəxrdir. Keçmişə nəzər salsaq, görərik ki, orada kimlər işləyib və hazırda kimlər işləyir. Ölkənin yaxşı teatrlarından biri, hətta birincisi sayılır”.

Qeyd edək ki, Ərtoğrul Kamalovun Nazirlər Kabineti yanında Operativ Qərargahla bağlı hazırladığı satirik videolar bir müddət öncə Prezidentin Köməkçisi tərəfindən müsbət qiymətləndirilmişdi. Brifinqlərin birində Prezidentin köməkçisi Hikmət Hacıyev onu Prezident Adminstrasiyasına dəvət etmiş və onunla şəxsən tanış olmaq istədiklərini vurğulamışdı. Daha sonra isə görüş baş tutmuşdur.

Check Also

Son sutkada 8 nəfər COVID-19-dan vəfat edib

Azərbaycanda bu gün koronavirus infeksiyasına 527 yeni yoluxma faktı qeydə alınıb, 131 nəfər müalicə olunaraq …