Bazar ertəsi , 30 Noyabr 2020
Home » Dağlıq Qarabağ münaqişəsi » Prezident: “Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edib”

Prezident: “Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edib”

“Bir aya yaxındır ki, İkinci Qarabağ Müharibəsi davam edir. Bu müharibə xalqımız üçün Vətən Müharibəsidir. Biz Vətən torpağını işğalçılardan azad edirik. Bu müddət ərzində şanlı Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edib”.

Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib

“Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik. Çünki Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb, qurub. Qarabağ tarixini biz yaxşı bilirik. Bu tarixi dünya ictimaiyyətinə çatdırmaq üçün son illər ərzində böyük işlər görülüb”, – deyə Prezident əlavə edib.

Check Also

Kəlbəcər rayonunun kəndlərinin videogörüntüləri

Müdafiə Nazirliyi işğaldan azad olunmuş Kəlbəcər rayonunun kəndlərinin videogörüntülərini yayıb. Boyukmillet.com həmin görüntüləri təqdim edir.