Bazar , 27 Sentyabr 2020
Home » Cəmiyyət » Prezident bankların “ipini yığdı” – bölgələrdə əmlak kredit girovu kimi qəbul olunacaq

Prezident bankların “ipini yığdı” – bölgələrdə əmlak kredit girovu kimi qəbul olunacaq

Əkrəm Həsənov: “Rayonlarda girov kimi qoyulan əmlakın hərracda satılması problemdir”

img

Fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Konfransda iştirak edən ölkə başçısı İlham Əliyev banklarla bağlı bir neçə məsələyə toxunub.

O qeyd edib ki, rayonlarda və kənd yerlərində təklif edilən girov əmlakla bağlı problem yaşanır: “Rayon və kənd yerlərində təklif olunan girov əmlaklar bir çox hallarda banklar tərəfindən girov kimi qəbul edilmir. Onlar Bakıda girov əmlak istəyirlər. Buna son qoyulmalıdır. Burada heç bir ayrıseçkiliyə yol vermək olmaz. Ona görə aidiyyəti qurumlar bu məsələ ilə də ciddi məşğul olsunlar”.

Maraqlıdır, rayon və kənd yerlərində banklar girov kimi əmlak qəbul etmirlər. Girov kimi qoyulacaq əmlakın niyə məhz Bakıda olmasına üstünlük verirlər?

  • “Rayon yerlərində əmlakın girov kimi qəbul olunmamasının əsas səbəbi əmlakın düzgün qiymətləndirilməməsidir”

Mövzu ilə əlaqədar bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənova müraciət etdik. O, “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, rayon yerlərində olan girovların banklar tərəfindən qəbul edilməməsi yolverilməzdir: “Banklar yalnız Bakıda olan əmlakın girov qoyulmasını istəyirlər. Niyə? Ümid edirik ki, bu sahədə problemlər həll olunacaq. Məsələ çox ciddidir və həll edilməlidir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, rayonlarda girov kimi qoyulan əmlakın hərracda satılması problemdir. Bunun iki səbəbi var: “İlk olaraq bildirim ki, bölgələrdə daşınmaz əmlakın satış qiyməti ucuz olur. Digər səbəb isə milli mentalitetlə bağlıdır. Rayon yerlərində girov qoyulan evin hərrac vasitəsilə öz həmkəndlisi tərəfindən alınması xoş qarşılanmır. Ancaq Bakıda belə bir hal yoxdur. Hərraca çıxarılan ev istənilən şəxs tərəfindən alına bilər”.

Ekspert hesab edir ki, rayon yerlərində əmlakın girov kimi qəbul olunmamasının əsas səbəbi əmlakın düzgün qiymətləndirilməməsidir: “Məlumat üçün bildirim ki, ölkəmizdə əmlakı obyektiv qiymətləndirən şirkətlər azdır. Bu baxımdan qiymətləndirici şirkətlərin lisenziyalaşdırılmasına ehtiyac var”.

Ekspert onu da vurğuladı ki, girov kimi qoyulan əmlak kreditin qaytarılma mənbəyi kimi qiymətləndirilməməlidir. Kredit götürən şəxsin iş fəaliyyəti qiymətləndirilməlidir. Ancaq bizdə banklar yalnız əmlakı girov kimi qəbul edir. Bu isə düzgün deyil.

Günel CƏLİLOVA

(Bakı Xəbər)

Check Also

İlham Əliyev Azərbaycan xalqına müraciət edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədməsi ilə bağlı xalqa müraciət …