Bazar ertəsi , 23 Noyabr 2020
Home » Cəmiyyət » Prezident: “Bu namərd təcavüzlər bizi yolumuzdan döndərə bilməz”

Prezident: “Bu namərd təcavüzlər bizi yolumuzdan döndərə bilməz”

“Bu, erməni faşizminin növbəti təzahürüdür. Onlar adətən döyüş meydanında məğlubiyyətə uğrayanda dinc əhaliyə atəş açırlar. Bunu biz Birinci Qarabağ müharibəsində də görmüşdük”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsi zamanı Tərtərə hücumu şərh edərkən bildirib.

“Xocalı soyqırımını törədən həmin bizim mənfur qonşularımızdır. Bu dəfə də görəndə ki, artıq döyüş meydanında Azərbaycan Ordusunun qarşısında acizdirlər və işğal edilmiş torpaqlarda bizə müqavimət göstərə bilmirlər onlar yenə də mülki vətəndaşları hədəfə aldılar və namərd təcavüz nəticəsində bizim insanlarımız həlak oldu: həm Gəncədə, həm də dünən Tərtərdəki qəbiristanlıqda. Bu da insanların dəfn mərasimində iştrak etdiyi bir yerdir. Hər bir insan üçün müqəddəs bir yer sayılır. Ancaq bizim mənfur qonşularımız üçün müqəddəs anlayışı, görünür ki, yoxdur. Bu, insanlığa qarşı cinayətdir. Bir daha Ermənistanın yırtıcı xislətini göstərir. Bir də onu göstərir ki, bu, namərd təcavüzlər bizi yolumuzdan döndərə bilməz”, – Prezident qeyd edib.

Check Also

Ermənistanın əsir götürdüyü əsgərlərlə bağlı BQXK-yə və BMT-yə müraciət hazırlanıb

Cari ilin sentyabr ayından etibarən Ermənistanın Azərbaycana qarşı təkrar hərbi təcavüzü nəticəsində əsir düşmüş Azərbaycan …