Bazar ertəsi , 2 Oktyabr 2023

Prezident İlham Əliyev İsveç Kralını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava təbrik məktubu ünvanlayıb.

Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir:

“Əlahəzrət,

İsveç Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost xalqınıza daim firavanlıq və rifah arzulayıram”.

Check Also

İcma: “Fransız deputatların açıqlamaları bu ölkənin Azərbaycanofobiya mərəzinə tutulduğunu nümayiş etdirir”

Qərbi Azərbaycan İcması hesab edir ki, fransız deputatların Fransa-Azərbaycan dostluq qrupunu tərk etmək barədə açıqlamaları …