Şənbə , 25 Mart 2023

Prezident İlham Əliyev səs verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri səs vermək üçün Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsinə gəliblər.

Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb.

Sonra birinci xanım Mehriban Əliyeva və ailə üzvləri səs veriblər.

Qeyd edək ki, Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 saylı seçki məntəqəsində 574 seçici qeydiyyata alınıb. Bu seçki dairəsi üzrə 20 namizəd mübarizə aparır.

Check Also

Ukraynalı general: “Həyatım boyu Heydər Əliyevdən nümunə götürmüşəm” – EKSKLÜZİV

“Mənim peşəkar fəaliyyətimdə Heydər Əliyevin mühüm rolu olub” Ukrayna daxili işlər nazirinin keçmiş birinci müavini, deputat, …