Bazar ertəsi , 6 Dekabr 2021
Home » İNFRASTRUKTUR » Prezident İlham Əliyev: “Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır”

Prezident İlham Əliyev: “Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır”

“Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır. Heç kimdən asılı olmayaraq, öz vəsaitimiz hesabına, heç kimə müraciət etmədən, heç bir kredit götürmədən biz bu işləri görəcəyik”.

Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Dövlətimizin başçısı deyib ki, uzun illər həm torpaqlarımızı azad etmək üçün ordumuzu gücləndirmişik, həm postmüharibə dövründə quruculuq, bərpa işlərini görmək üçün texniki imkanlar, intellektual potensial, kadr potensialı və maliyyə resursları yaratmışıq.

Check Also

Oğuzun asfalt yolu üçün ayrılan vəsait mənimsənilib

Oğuzun əsas magistıral yolu sakinlər üçün problem mənbəyinə çevrilib. Boyukmillet.com xəbər verir ki, dövlət tərəfindən …