Çərşənbə axşamı , 9 Avqust 2022
Home » İNFRASTRUKTUR » Prezident Qazaxda yol tikintisinə 6,9 milyon manat ayırıb

Prezident Qazaxda yol tikintisinə 6,9 milyon manat ayırıb

Prezident İlham Əliyev Qazax rayonunun Qarapapaq–Çaylı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Boyukmillet.com xəbər verir ki, Sərəncamla on dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Qarapapaq–Çaylı avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 6,9 milyon (altı milyon doqquz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Check Also

Zəngəzur dəhlizinin tikintisi 57 faiz icra olunub

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təməli qoyulan və uzunluğu …