Şənbə , 19 İyun 2021
Home » Manşet » Prezident Şuşada yeni məktəbin tikintisi ilə bağlı sərəncam imzalayıb

Prezident Şuşada yeni məktəbin tikintisi ilə bağlı sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Boyukmillet.com xəbər verir ki, sərəncama əsasən, Şuşa şəhər 1 nömrəli 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrılıb.

Check Also

QHT-lərə Dövlət Dəstəyi Agentliyi həlak olan jurnalistlərlə bağlı bəyanat qəbul edib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası Kəlbəcərə ezam olunmuş KİV nümayəndələrinin və …