Bazar ertəsi , 6 Dekabr 2021
Home » Daxili siyasət » Prezident və birinci xanım Qubadlı rayonunda səfərdə olublar

Prezident və birinci xanım Qubadlı rayonunda səfərdə olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 25-də Qubadlı rayonunda səfərdə olublar.

Boyukmillet.com xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Azərenerji” ASC-nin sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında iştirak ediblər.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.

Check Also

İlham Əliyev Quba-Qonaqkənd avtomobil yolunun açılışını edib

Quba-Qonaqkənd avtomobil yolunun açılışı olub. Boyukmillet com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci …