Cümə , 19 İyul 2024
Drone Cameras

Prezidentin köməkçisi: Azərbaycanla Rusiya arasında münasibətlər ən yüksək səviyyədədir

Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlər ən yüksək səviyyədədir.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının V iclasında deyib.

Onun sözlərinə görə, bu, artıq yaxşı ənənəyə çevrilib:

“Bu gün Azərbaycanla Rusiya arasında münasibətlər ən yüksək səviyyədədir. Ortaq mədəniyyət, tarix və qarşılıqlı hörmət bu əlaqələrin inkişafına kömək edib”.

H.Hacıyev qeyd edib ki, bu, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya dövlət başçısı Vladimir Putin arasında qarşılıqlı anlaşma sayəsində mümkün olub:

“Regionlararası əməkdaşlıq genişlənir. Azərbaycanın Rusiyanın 70-dən çox subyekti ilə əlaqələri var”.

Check Also

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən Almaniya Federativ Respublikasının Kansleri …