Şənbə , 2 Dekabr 2023

Prezidentin köməkçisi: “Ermənistan hər vəchlə Zəngəzur dəhlizinin açılmasına problemlər yaradır”

“Ermənistan hər vəchlə Zəngəzur dəhlizinin açılmasına problemlər yaratmaqda davam edir”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Sülh gündəliyinin bütün komponentləri – birincisi Ermənistan-Azərbaycan sülh müqaviləsi, ikincisi sərhədlərin delimitasiyası, üçüncüsü də nəqliyyat xətlərinin açılması məsələləri üzrə tamamilə qeyri-konstruktiv mühit yaranıb. Bunun günahkarı Ermənistan tərəfidir. Ermənistanın Üçtərəfli bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəliklərdən biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın birləşdirilməsinin təmin edilməsi idi. Amma bu öhdəlikləri yerinə yetirməyib və hər vəchlə Zəngəzur dəhlizinin açılmasına problemlər yaratmaqda davam edir”, – o vurğulayıb.

Check Also

Bərdədə yeni xəstəxananın tikilməsi üçün… – Fatma Yıldırım

Bərdədə yeni xəstəxananın tikilməsi ilə bağlı sakinlərin xahişi var. Boyukmillet.com xəbər verir ki, bunun Milli Məclisin …