Bazar , 1 Oktyabr 2023

Prezidentin köməkçisi xarici diplomatlarla Tərtər və Ağdamda

Prezident İlham Əliyevin tapşırığı ilə diplomatik korpusların nümayəndələrinin Tərtərə səfəri təşkil edilir.

Boyukmillet.com xəbər verir ki, barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında paylaşım edib.

Paylaşımda bildirilib ki, ölkə başçısının tapşırığına əsasən, diplomatik korpuslar, beynəlxalq təşkilat rəhbərlərinin Tərtərə və işğaldan azad olunan Ağdama səfəri təşkil olunur:

“Onlar Ermənistanın hücumlarından sonrakı Tərtəri görəcəklər. Ağdam dağıdılaraq “ruhlar şəhəri”nə çevrilib. Sürgündə olan “Qarabağ” futbol klubu da yanımızdadır”.

Check Also

Qənirə Paşayevanın ölümü müəmmalıdır – Həkimdən şok

“Qənirə Paşayevanın ölümü müəmmalıdır. Burada kriminal səbəb araşdırılmalıdı”. Boyukmillet.com xəbər verir ki, bu sensasion açıqlama …