Bazar ertəsi , 25 Sentyabr 2023

Prezidentin köməkçisi: “Xarkovdakı Fəxri Konsulluğa silahlı hücumda erməni terror təşkilatları şübhəli bilinir”

Diplomatik nümayəndəliklər və heyət hücum hədəfi olmamalıdırlar. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” hesabında yazıb.

H.Hacıyev bildirib: “Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğu silahlı hücuma məruz qalıb. Diplomatik nümayəndəliklər və heyət hücum hədəfi olmamalıdırlar. Hücumda erməni terror təşkilatları şübhəli bilinir, çünki Ermənistan asimmetrik müharibəyə keçir. Ukrayna səlahiyyətlilərinin hadisəyə operativ reaksiyasını yüksək qiymətləndiririk”.

Check Also

Naxçıvanlılar Türkiyədən KÜTLƏVİ DEPORTASİYA OLUNUR – BU NƏDİ BELƏ?

İşsizlik səbəbindən vətəni tərk edən naxçıvanlılar, son ümid yeri bildikləri Türkiyədən kütləvi şəkildə geri qaytarılırlar. …