Şənbə , 9 Dekabr 2023

“Prodüserlərin inkişaf təlimi” proqramının açılışı olub

Bakıda “Prodüserlərin inkişaf təlimi” proqramının açılış mərasimi olub.

Boyukmillet.com xəbər verir ki, təlim Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Kino Agentliyi (ARKA) və Azərbaycan Prodüserlər Gildiyasının təşkilatçılığı ilə baş tutub.

Təlimin 1-ci mərhələsi (intensiv proqram) 13 oktyabr tarixinədək davam edəcək.

Təlimlər avropalı mütəxəssislər- Martin Hagemann və Titus Kraymberqi tərəfindən keçirilir.

Təlim boyunca iştirakçılar dünya standartlarına uyğun kino layihə sənədlərinin hazırlanması sahəsində baza bilikləri əldə edəcək, ilin sonunadək praktik mentorluq vasitəsilə kino layihələri hazırlayacaqlar.

Ən uğurlu layihələr isə Mədəniyyət Nazirliyi və Azərbaycan Kino Agentliyi tərəfindən mükafatlandırılacaq.

Check Also

Azərbaycanla Ukrayna arasında mədəni irsin qorunması məsələləri müzakirə edilib

Dekabrın 7-də Ukrayna mədəniyyət və informasiya siyasəti naziri vəzifəsini icra edən Rostıslav Karandeyev və Azərbaycanın …