Bazar ertəsi , 5 İyun 2023

Professor Buludxan Xəlilov:” Əziz Ələkbərliyə səs verən hər bir seçici qazana bilər”

[justify]Filogiya elmlər doktoru,professor Buludxan Xəlilov 62 saylı Saatlı seçki dairəsindən deputatlığa namizəd filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərov (Ələkbərli) haqqında saytımıza bildirib ki, Əziz Ələkbərlini uzun illərdir ki, tanıyıram. Həmişə vətən yolunda xidmətdə olub. Xidmətinin əvəzində heç kimdən heç nə ummayıbdır.

Onun ziyalılığı ilə xidməti bir-birini tamamlayıbdır. Əziz Ələkbərlinin məqalələrindən, kitablarından vətənin və millətin ətri gəlir. O, xarakteri və təbiəti etibarı ilə də hər bir kəsə doğmadır, yaxındır. Ona güvənmək və etibar etmək olar.

Tam əminliklə deyirəm ki, Əziz Ələkbərli əsl dövlət və millət adamıdır. Əziz Ələkbərliyə səs verən hər bir seçici qazana bilər.

Analoq.az

Check Also

Səfirliyimizdə ağlasığmaz əməl: 347 mini qumara xərcləyib

Azərbaycanın Koreyadakı səfirliyində maliyyə məsələləri üzrə attaşe işləmiş Nəcib Osmanov səfirlik və səfirliyin işçilərinin kommunal, …