Cümə axşamı , 24 Aprel 2025
Drone Cameras

Prokurorluq Əkrəm İmamoğlunun nədə ittiham edildiyini açıqlayıb

İstanbul şəhər Prokurorluğu şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsinə səbəb olan ittihamlar barədə açıqlama yayıb.

Boyukmillet.com-un “Haber Global”a istinadən xəbərinə görə, açıqlamada qeyd olunur ki, Əkrəm İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyə sədri olduqdan sonra Beylikdüzü Bələdiyyə sədri olduğu müddətdən bəri yanında olan və ona sadiq olan şəxsləri Böyükşəhər Bələdiyyəsinin bölmə və tabeliyindəki qurumların rəhbərlərinə təyin edib.

Bildirilib ki, cinayətkar təşkilatın fəaliyyətinin davam etməsini təmin etmək məqsədilə öz alt strukturunu formalaşdıran şəxslər tenderlər vasitəsilə bir çox bələdiyyə tabeliyindəki qurumlarda mütəşəkkil şəkildə “tenderlərin saxtalaşdırılması”, “ fırıldaqçılıq”, “şəxsi məlumatların qanunsuz əldə edilməsi”, “rüşvətxorluq” və “hədə-qorxu ilə tələb etmə” cinayətləri törədiblər.

Digər ittihama görə,  Ə. İmamoğlu çoxsayda iş adamına hədə-qorxu gələrək pul verməyə məcbur edib, bəzi iş adamlarına saxta yollarla pul qazanmağa yardım edib, qazancdan əldə olunan pulları leqalaşdırıb.

Check Also

İstanbulda baş verən zəlzələdə 240-a yaxın şəxs xəsarət alıb

İstanbul və ətrafında baş verən zəlzələ nəticəsində 240-a yaxın Türkiyə vətəndaşı xəsarət alıb. Boyukmillet.com xəbər verir …