Çərşənbə , 5 Oktyabr 2022
Home » Region » Putin və Paşinyan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib

Putin və Paşinyan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı Qarabağ ətrafındakı vəziyyəti müzakirə edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Kremlin saytında yerləşdirilən məlumatda deyilir.

“Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsi məsələləri müzakirə olunub. Bu kontekstdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-ci il 10 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin bütün müddəalarının həyata keçirilməsinin vacibliyi təsdiq edilib”, – məlumatda qeyd olunur.

Check Also

Putin Ukraynanın 4 vilayətinin Rusiyaya birləşdirilməsi ilə bağlı sazişləri təsdiqləyib

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın işğal altındakı Donetsk, Luqansk, Zaporojye, Xerson vilayətlərinin Rusiyaya birləşdirilməsi ilə …