Şənbə , 27 Fevral 2021
Home » Qarabağ » Qarabağ » Putinin görüşdüyü erməni polkovnik Şuşada MƏHV EDİLDİ

Putinin görüşdüyü erməni polkovnik Şuşada MƏHV EDİLDİ

Ermənistan ordusunun sonuncu Qarabağ müharibəsində verdiyi itkilər arasında yüksək rütbəli zabitlər də az deyil.

Boyukmillet.com xəbər verir ki, məhv edilən zabitlər arasında xüsusən, polkovnik Ovannes Avaqyan diqqət çəkir.

Vazgen Sarkisyan adına Universiteti bitirikdən sonra Sarkisyan Qarabağın o zamanlar işğal altında olan Suqovuşan (Madagis) qəsəbəsində  xidmət edir və 5 il ərzində təmas xəttində Ordumuza qarşı təxribatların təşkilində fəallıq göstərir.

Rəsmi Yerevanın general rütbəsinə hazırladığı Avaqyan Moskvada Frunze adına Hərbi Akademiyada oxuyur.

2019-c ildə Akademiyadan məzun olan zaman erməni zabiti Putin şəxsən təbrik edir.

Bundan sonra, Avaqyan Vazgen Sarkisyan adına Hərbi Universitetin rəis müavini, 2020-ci ilin yayında isə qondarma Qarabağ respublikasının müdafiə nazirinin müavini postuna təyinat alır.

Sentyabrın 27-də hərbi əməliyyatlar başlayandan sonra Ovannes Avaqyan Suqovuşanın uğursuz müdafiəsini təşkil edir. Burada məğlub olduqdan sonra isə Cəbrayıl, Hadrut və Xocavənd istiqamətində döyüşlərə qatılır. Erməni polkovniki bütün istiqamətlərdə məğlubiyyət gözləyirdi.

Noybarın 7-də Şuşa istiqamətinə göndərilən Ovannes Avaqyan öz dəstəsi ilə birlikdə məhv edilir.

Ermənistan rəhbərliyi ən təcrübəli zabitlərindən birinin ölümünü uzun müddət gizlətsə də, yerli jurnalistlər bu faktı ictimailəşdirib.

Check Also

İlham Əliyev ermənilərin yaşlı kişini qəbul etməməsindən danışıb: “Baxın, bu əxlaqsığın dərəcəsi varmı ya yox?!”

“Ermənilər yaşlı qadını qəbul edib yaşlı kişini xəstə olduğu üçün qəbul etmədilər. Dedilər ki, bu …