Cümə axşamı , 2 Fevral 2023

Qərbi Azərbaycan İcması Qadınlar Şurasının bir qrup fəalı ilə görüş keçirilib

Yanvarın 7-də Qərbi Azərbaycan İcmasında İcmanın Qadınlar Şurasının bir qrup fəalı ilə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli tədbir iştirakçılarını salamlayaraq, İcmanın fəaliyyətində qadınların həmişə böyük rolu olduğunu və bundan sonra da olacağına əminliyini bildirib.

Əziz Ələkbərli: “Hələ XIX yüzildə İrəvan xanımları Avropanın tanınmış ali məktəblərində təhsil alıblar. Sovet hakimiyyətinin ilk illərində, sonrakı dövrlərdə də Qərbi Azərbaycan xanımları xüsusilə dövlət, elm və təhsil sahələrində müxtəlif rəhbər vəzifələrdə çalışmışlar, bu gün də çalışırlar. Qərbi Azərbaycan İcmasında da xanımlarımız müxtəlif strukturlarda təmsil olunurlar”, – deyərək bildirib.

Tədbirdə Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədr müavinləri – Əməkdar jurnalist Telli Pənahqızı və filologiya elmləri doktoru Almaz Ülvi, Şura üzvləri çıxış ediblər.

Sonda tədbir iştirakçıları İcmanın yeni inzibati binasında əməkdaşlar və Şuralar üçün yaradılmış iş şəraiti ilə tanış olublar.

Qərbi Azərbaycan İcmasının Mətbuat Xidməti

Check Also

Mehriban Əliyeva Gənclər Günü ilə bağlı paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında 2 fevral – Gənclər Günü ilə bağlı paylaşım …