Bazar ertəsi , 15 İyul 2024
Drone Cameras

“Qərbi Azərbaycana qayıdış” ikinci festival-konqresinə hazırlıq yekunlaşmaq üzrədir

İyunun 21-22-də Şahbuz rayonunun Batabat yaylağında keçiriləcək “Qərbi Azərbaycana qayıdış” ikinci festival-konqresinə hazırlıq işləri yekunlaşmaq üzrədir.

Boyukmillet.com xəbər verir ki, artıq Qərbi Azərbaycanın 11 mahalının gündəlik həyat tərzini canlandıran çadırlar qurulub.

Festival-konqresdə Qərbi Azərbaycana məxsus folklor nümunələri, kulinariya, musiqi və yallı nömrələri, sərgilər, ədəbi-bədii kompozisiyalar təqdim olunacaq.

Eyni zamanda, festivalda Qərbi Azərbaycandan olan iki gəncin toyunun keçirilməsi nəzərdə tutulur.

Check Also

Səmayə Həşimova: Polad Azərbaycan xalqının övladı, mən isə bütün şəhidlərin anasıyam

Əvvəllər Səmayə xanımın oğlu Polad deyirdilər, indi isə Poladın anası Səmayə xanım deyirlər. Bu, mənim …