Çərşənbə axşamı , 8 Oktyabr 2024
Drone Cameras

Qərbi Azərbaycanlılar Xankəndidə yaşaya bilərmi… – İcmadan REAKSİYA

19-20 sentyabr tarixlərində Azərbaycan Ordusu Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Nəticədə, Xocalı, Xankəndi, Ağdərə və digər ərazilər separatçılardan təmizləndi və Azərbaycan ərazilərində öz suverenliyini tam bərpa etmiş oldu. Antiterror tədbirləri nəticəsində azad olunan ərazilərə köçüb yaşamaq istəyən xeyli sayda vətəndaşımız var.

Eyni zamanda Qərbi Azərbaycanlıların da bir hissəsi Xocalı, Xankəndi, Ağdərə və digər azad edilmiş bölgələrdə yaşamaq istəyir.

Məsələ ilə bağlı Modern.az-a danışan Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli deyib ki, 30 ildən sonra işğaldan azad olunmuş ərazilərdə məskunlaşmada, bərpa-quruculuq işlərində hər bir Azərbaycan vətəndaşının iştirak etmək istəyinin olması tamamilə normaldır:

“Təbii ki, Qərbi Azərbaycan qaçqınlarının da belə bir istəyi ola bilər və var. Vətəndaşlardan Qərbi Azərbaycan İcmasına və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə bu barədə artıq çoxlu müraciətlər daxil olub. Ancaq bütün bu məsələlərə dövlət tərəfindən yaradılmış köçürmə kommissiyası baxır və həyata keçirir”. 

Ə.Ələkbərli vurğulayıb ki, Qərbi Azərbaycan qaçqınlarının da belə müraciətlər etməsi onların Qərbi Azərbaycan ərazisindəki ata-baba yurdlarına qayıdışdan imtina etməsi kimi başa düşülməməlidir.

“Bizim əsas hədəfimiz Zəngəzur, Göyçə, İrəvan və digər Qərbi Azərbaycan torpaqlarındakı doğma ocaqlarımıza qayıtmaqdır və bu qayıdış mütləq gerçəkləşəcəkdir. Qarabağ və Şərqi Zəngəzur bizim Qərbi Azərbaycan yurdlarımızla sərhəd bölgələrdir və insanlarımızın o yerlərə can atması, heç şübhəsiz, onların öz ata-baba yurdlarına daha da yaxınlaşmaq istəyindən irəli gəlir.

Hesab edirəm ki, əvvəl 30 il vətən həsrətində olan məcburi köçkünlərimiz öz yurdlarına qayıtmalıdırlar. Məqsədəuyğun hesab edildiyi təqdirdə Qərbi Azərbaycan qaçqınlarının, yaxud Azərbaycanın başqa bölgələrindən olan insanların da köçürülməsi məsələsinə baxıla bilər. Lakin yenə deyirəm ki, yekun qərar dövlətin yaratdığı köçürmə kommissiyasına aiddir, bu komissiya bütün istəkləri araşdırıb qərar vermək səlahiyyətinə sahibdir”, – deyə Əziz Ələkbərli bildirib.

Check Also

Nazir müavini: 2025-ci ilə qədər NDC-nin işlənilməsinə fəal kömək etmək niyyətindəyik

Azərbaycan 2025-ci ilin fevralına qədər təqdim edilməli olan Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) işlənilməsinə …